Arıqlamaq istəyənlərin ən pis düşməni

08:00 - 27 Dekabr 2025

Arıqlamaq istəyənlərin ən pis düşməni

Mayonez çox miqdarda istifadə edildikdə sağlamlıq üçün zərərli məhsul hesab olunur.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə dietoloq Anastasiya Pavlenko şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Mütəxəssis bildirir ki, çəkisinə nəzarət edən şəxslər mayonezdən uzaq durmağa çalışmalıdırlar. Səbəb isə bu məhsulun yüksək yağ və kalori tərkibinə malik olmasıdır.

Onun sözlərinə görə, mayonez adətən “qadağan olunmuş məhsullar” siyahısına salınır və bir çoxları üçün istifadəsi xoş qarşılanmır. Dietoloq bu qorxunun haradan qaynaqlandığına da aydınlıq gətirib. O qeyd edib ki, mayonezin kalorili olması doğrudur: 100 qram məhsulda orta hesabla 680 kilokalori var. Lakin müqayisə üçün bildirilib ki, zeytun yağında 884 kilokalori, kərə yağında isə 717 kilokalori mövcuddur.

Mütəxəssisin sözlərinə görə, mayonez bitki yağından hazırlanır, tərkibində xeyli duz və kalori var, lakin sağlamlıq üçün birbaşa təhlükə yaradan maddələrdən ibarət deyil.

Dietoloq tövsiyə edir ki, mayonezdən çox istifadə edilməsin, gündəlik alış-veriş siyahısında daimi yer almasın və mümkün olduqda ev şəraitində hazırlansın.

Qeyd edək ki, sağlam qidalanmaya başlamaq istəyənlər üçün ağ çörəkdən imtina etmək də yaxşı ilkin addım hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az