Bu gün bəzi ərazilərdə işıq olmayacaq

10:41 - 27 Dekabr 2025

Bu gün bəzi ərazilərdə işıq olmayacaq

Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq.


Manset.az xəbər verir ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək rayon mərkəzində və ona yaxın bəzi məntəqələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az