Çindən "uşaq oyuncaqları" adı altında başqa mallar gətirmək istədilər - FOTOLAR

11:06 - 27 Dekabr 2025

Çindən \"uşaq oyuncaqları\" adı altında başqa mallar gətirmək istədilər - FOTOLAR

"Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi "Abşeron" gömrük postunda Çin Xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində "yumşaq oyuncaq" kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

"Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az