Soyuq havada immuniteti necə qoruyaq?

08:30 - 04 Yanvar 2026

Soyuq havada immuniteti necə qoruyaq?

Müəyyən vərdişlər var ki, onlar soyuq havada immuniteti qorumağa kömək edir. Mütəxəssislərin fikrincə, bu üsullar sadə və çox faydalı vərdişlərdir. Bu qaydalara riayət edilsə soyuğa qarşı bədənin müqaviməti güclü olar.


Manset.az Baku.ws-ə istinadən həmin üsul və vərdişləri təqdim edir:

Düzgün və doğru qidalanma

Meyvə və tərəvəzləri bol yeyin. Xüsusilə C vitamini olanları: portağal, naringi, kividir. Zülalla zəngin qidalara (yumurta, paxlalılar, yoqurt) üstünlük verin. Onlar immun sistemi dəstəkləyir. İsti şorbalar və ev yeməklərini tez-tez yeyin. Onlar bədənin müqavimətini gücləndirir.

Kifayət qədər maye qəbulu

Soyuqda susuzluq az hiss olunur, amma yenə də su içmək vacibdir. İlıq bitki çayları (məsələn, çobanyastığı, zəncəfil) rahatladıcı ola bilər.

Yaxşı yuxu

Hər gün 7–9 saat keyfiyyətli yuxu immunitet üçün çox önəmlidir.

Hərəkət etmək

Açıq havada yüngül gəzinti və ya evdə məşq qan dövranını yaxşılaşdırır. Çox üşüməməyə diqqət edin.

İsti geyinmək

Baş, boyun və ayaqları isti saxlamaq xüsusilə vacibdir.

Gigiyenaya riayət etmək

Əlləri tez-tez yumaq infeksiyaların qarşısını alır. Üz-gözə toxunmağı azaltmaq faydalıdır.

Stressi azaltmaq lazımdır

Uzunmüddətli stress immuniteti zəiflədə bilər. Dincəlməyə və sevdiyiniz məşğuliyyətlərə vaxt ayırın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az