Sabah Bakıda hava belə olacaq

12:20 - 04 Yanvar 2026

Sabah Bakıda hava belə olacaq

Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında 14° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

Yanvarın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az