Öldüyü hesab edilən körpə dəfn hazırlığı zamanı ayıldı - VİDEO

13:15 - 04 Yanvar 2026

Öldüyü hesab edilən körpə dəfn hazırlığı zamanı ayıldı - VİDEO

Ağcabədidə öldüyü bildirilən körpə dəfn üçün hazırlıq işləri görülən zaman ayılıb. 3 saat müddət həyatda qalan azyaşlı yenidən həyatını itirib.


Hadisə İsgəndərovlar ailəsində baş verib. Yeni Qaradolaq kənd sakini Habil İsgəndərov iddia edir ki, 6 aylıq nəvəsi İsgəndərli Elif Pərviz qızı həkim səhlənkarlığının qurbanı olub. Uşağın vəziyyəti pisləşəndə o, tez rayon xəstəxanasına aparıb. Baba bildirir ki, xəstəxanada düzgün ilkin tibbi yardım göstərilməyib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 20-də 2025-ci il təvəllüdlü azyaşlı ağır vəziyyətdə xəstəxananın uşaq şöbəsinə yerləşdirilib. Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Növbəti gün valideyinləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.

Bundan sonra körpə fərdi avtomobillə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Bakıda vəziyyəti ağırlaşan körpə bu dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan müalicələri nəticə verməyən azyaşlı xəstəxanada həyatını itirib.

Ailə üzvləri onu dəfn etmək üçün öz kəndlərinə, Yeni Qaradolağa gətirib. Azyaşlı dəfn üçün hazırlıq işləri görülən zaman ayılıb. 3 saat müddət həyatda qalan körpə yenidən dünyasını dəyişib.

Valideynlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Ağcabədi Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırma başlanılıb.

Ətraflı videomaterialda:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az