Polisə yalan məlumat verən şəxs tutuldu - VİDEO

17:00 - 04 Yanvar 2026

Polisə yalan məlumat verən şəxs tutuldu - VİDEO

Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub.

O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az