Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi

11:48 - 05 Yanvar 2026

Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.

O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az