Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

13:41 - 05 Yanvar 2026

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Manset.az xəbər verir ki, yanvarın 3-ü və 4-ü polis əməkdaşları tərəfindən paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silah aşkar edilib.

Bundan başqa, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az