Bu müəllimlərin maaşlarına əlavələr olacaq - 212 milyon ayrıldı

14:45 - 05 Yanvar 2026

Bu müəllimlərin maaşlarına əlavələr olacaq - 212 milyon ayrıldı

Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.


Manset.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.

Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək. 

137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212,8 milyon manat vəsait xərclənəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az