2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Manset.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.
"Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda qeyd olunub.