Sönülü olsa da işıq pulu yazan 4 cihaz

08:00 - 06 Yanvar 2026

Sönülü olsa da işıq pulu yazan 4 cihaz

Evdə bəzi cihazlar cərəyan mənbəyindən tam ayrılmadığı halda elektrik enerjisi sərf etməyə davam edir.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, əsasən gözləmə rejimində qalan bu cihazlar ay ərzində nəzərə çarpmayan, lakin ümumi işıq puluna təsir edən xərclər yaradır.

Bu cür gizli enerji sərfiyyatı xüsusilə qış aylarında daha çox hiss olunur.

Söndürülü vəziyyətdə olsa belə elektrik sərf edən cihazlar arasında televizor ilk yerdədir. Pultla işə salınmağa hazır qaldığı üçün enerji istifadəsi tam dayanmır. Kompüter və noutbuklar da rozetkaya qoşulu olduqda az miqdarda elektrik sərf edir. Telefon adapterləri isə telefona qoşulu olmasa belə, rozetkada qaldıqda enerji çəkməyə davam edir. Mikrodalğalı soba və set-top box kimi cihazlar da saat göstəricisi və gözləmə rejimi səbəbilə fasiləsiz elektrik istifadə edir.

Qeyd edək ki, bu cür xərclərin qarşısını almaq üçün cihazların rozetkadan tam ayrılması və ya açarlı uzadıcıdan istifadə olunması tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az