Salyanda ölən 11 yaşlı uşağın anası - "Xəstəxanaya getmirdi, əlimlə apardım balamı"

09:50 - 06 Yanvar 2026

Salyanda ölən 11 yaşlı uşağın anası - \"Xəstəxanaya getmirdi, əlimlə apardım balamı\"

Salyanda 11 yaşlı uşaq iynədən şoka düşüb. Hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, Elcan Nəcəfovun halı pisləşdiyi üçün valideyni təcili tibbi yardıma müraciət edib.

Uşaq erkən müayinədən sonra Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi yardımına baxmayaraq, E.Nəcəfovun həyatını xilas etmək mümkün olmayıb.

"Balamın başı gicəllənirdi. Təcili tibbi yardım çağırdım, gəldi, apardı. Dedilər ki, gedək, sistem vuracaqlar, düzələcək. Sən demə, balamı Əzrayıl əlinə aparırmışam. Dedilər ki, şəkəri var. İki-iki insulin vurdular. Balamı saldılar komaya, saat 4-ə qədər yerində çabaladı.

Xəstəxanaya getmək istəmirdi, mən əlimlə apardım balamı. İki qaşıq bal yedizdirib aparmışdım. O balı etdilər şəkər xəstəliyi. Məni qorxudurlar ki, balanı yaracağıq, şikayətçi olma", - deyə anası Səadət Nəcəfova bildirib.

"Bizi tutub çölə çıxardılar. Yanına da buraxmırdılar, yaxşı olduğunu deyirdilər", - deyə mərhumun qardaşı Elgün Nəcəfov əlavə edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az