2025-ci ildə ölkənin biznes və
maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə
müştərilərinə yeni imkanlar yaratdı. Birbank, Birmarket, m10 və MilliÖn kimi
aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir
ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim
etdi.
İlin əvvəlindən etibarən həm
müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR
ödənişlərin əhatəsi Birbank-la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə
çatdırıldı. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına,
əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək oldu.
İctimai nəqliyyatda
istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri oldu.
İlk olaraq Birbank tətbiqində BakıKart balansının artırılması ilə başlayan
layihənin davamında Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı
şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı
Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC)
texnologiyasını tətbiq etmək mümkün oldu. Üstəlik bu texnologiya yalnız Kapital
Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə etdi.
m10-a gətirilən ƏDV geri al
imkanı da müştərilərin rəğbətini qazandı. Birbank Yığım hesabı ilə müştərilərin
pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı.
İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə
də faiz qazandırmaqla ötən ilin starlarından biri oldu.
Rəqəmsal yeniliklərdə sərhəd
tanımayan Bir ekosistemi müştərilərinə
investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3
milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil
tətbiq – Birbank Invest qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin
səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik
qədər rahat, sürətli və təhlükəsiz oldu.
Müştərilərin alış-veriş vərdişini
dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin
uğurlu layihələrindən biri idi. Trendyol onlayn alış-veriş platformasında
aktivləşdirilən “İndi al, sonra ödə” ödəniş üsulu Birbank mobil tətbiqində
istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə
edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaratdı.
Partnyor şəbəkəsi genişlənərək
4000-ə çatdı. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və
xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə
klik qədər asanlaşdı. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal
kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırdı və
istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanıdı.
Həmçinin, Bir ekosistemlə ölkədə
inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda
ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə
videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verildi.
2025-ci ilin uğurlarından ilham
alaraq, Bir ekosistemi 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə
innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat,
sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha
çox yeniliklər gətirməkdir.
Bir ekosistem ölkənin aparıcı brendləri olan
Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir.
Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq
edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.
Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda
QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən,
Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus
proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş
və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli
və təhlükəsiz xidmət təqdim edir.