Söhrab İsmayılov işdən çıxarıldı 

17:04 - 06 Yanvar 2026

Söhrab İsmayılov işdən çıxarıldı 

"Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb. 



Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı. 

O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi. İşlədiyi müddət ərzində Söhrab İsmaylov çoxlu sayda intriqalar, xoşa gəlməz əməlləri ilə yadda qalmışdır. Bu baxımdan onun işdən çıxarılması liman kolllektivi tərəfindən sevinclə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az