"Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb"

18:29 - 06 Yanvar 2026

\"Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb\"

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin son statistikasında qeyd olunub.

Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.

Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.

Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.

Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az