Uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Püstə Tahir qızı Mehdiyeva dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbi məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.