Ölkənin
aparıcı pərakəndə satış şəbəkələrindən “Kontakt” 2025-ci ili də uğurla başa
vuraraq lider mövqeyini qoruyub saxlayıb. Belə ki, şəbəkə “Birbank” taksit
kartı üzrə ilin ən çox dövriyyə edən partnyoru adına layiq görülüb. Bununla da,
artıq ardıcıl 6-cı ildir ki mükafatı qazanan “Kontakt” bu sektorda
adını ənənəyə çevirməyi bacarıb.
Uzunmüddətli
və stabil nəticələrin göstəricisi olan bu uğur “Kontakt”ın bazardakı
liderliyinin təsadüfi deyil, illər üzrə qurulmuş sistemli fəaliyyətin nəticəsi
olduğunu göstərir.
Alış-verişi
hamı üçün rahat və əlçatan etməyi hədəfləyən şəbəkə “Birbank” istifadəçilərini
də xüsusi imkanlar, üstünlüklərlə sevindirir. Belə ki, hal-hazırda kampaniya çərçivəsində
“Birbank” taksit kart sahibləri “Kontakt”
mağazalarından
və kontakt.az onlayn platformasından müxtəlif məhsulları 50%-dək
endirimlə əldə edə, eyni zamanda ödənişlərini faizsiz şərtlərlə 18 aya bərabər
hissələrə bölə bilərlər.
Xatırladaq ki, “Kontakt”
Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi
partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik,
ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 5 mağaza olaraq fəaliyyət göstərir. Həmçinin,
“Kontakt” Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə
ilk və yeganə rəsmi tərəfdaşıdır.