Usta avtomobillərin hissələrini oğurladı

11:20 - 07 Yanvar 2026

Usta avtomobillərin hissələrini oğurladı

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.


Manset.az-ın məlumatına görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus "KamAZ" markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az