Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü “YAŞA” Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.
Yeni mərkəz,
İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin
gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal
həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini
hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf
etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü
kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən
yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq
qeydiyyatdan keçə bilərlər.
2017-ci
ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox
təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın
dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində “YAŞA” Mərkəzlərinin uğurlu
fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən
təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi
mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı
nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və
sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin
növbəti addımıdır.
“YAŞA”
Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər
təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər
yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları,
master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və
bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu
fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının
qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə
xidmət edir.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.