“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.
Manset.az xəbər verir ki, şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə
Teymurova təyin edililib.
O, bundan öncə
PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndə biznes blokunun rəhbəri vəzifəsində
çalışıb. Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq
və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət Neft Fondu və
“Azercell Telekom” MMC-də müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib.
Kadr siyasətində
peşəkar kollektivin formalaşdırılmasına önəm verən “Azərlotereya” Türkiyə şirkətinə
idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan
225-ə qaldırılıb.
Beynəlxalq
standartlarla ayaqlaşan fəaliyyət sferasında “Azərlotereya” yerli əməkdaşlarla
yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli
iştirakçıya çevrilmiş “Azərlotereya”da rəqabətli insan kapitalının
formalaşdırılması əsas məqsədlərdən biridir.
“Azərlotereya” üzvü
olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası
(WLA), həmçinin “Scientific Games”, “Demirören Holding” və digər xarici
partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək
kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün
mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
“Azərlotereya”da
işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması
məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.