Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi

12:48 - 07 Yanvar 2026

Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi

Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.


Manset.az Aktual.ge-yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.

Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov adlı şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb.

Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə F.Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində keçinib.

Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az