Şəhid Milli Qəhrəmanın xanımına vəzifə verildi

18:27 - 07 Yanvar 2026

Şəhid Milli Qəhrəmanın xanımına vəzifə verildi

Şəhid xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Agentliyinin Müşahidə Şurasının ötən gün keçirilən iclasında qərar verilib. O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, F.Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az