Bakıda soyğunçuluq edən 2 nəfər saxlanıldı

10:45 - 08 Yanvar 2026

Bakıda soyğunçuluq edən 2 nəfər saxlanıldı

Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar. 

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az