Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Məmişov Musa Nazim oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.