İt yeməkləri iqlimə gözlənildiyindən daha çox təsir edir - Araşdırma

23:28 - 08 Yanvar 2026

İt yeməkləri iqlimə gözlənildiyindən daha çox təsir edir - Araşdırma

Böyük Britaniyada aparılan araşdırmalarda kommersiya məqsədli it yemləri ümumi istixana qazı emissiyalarının təxminən 1%-ni təşkil edir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, alimlər taxılsız, yaş və çiy it yemlərin, adətən, standart quru yemlərdən daha çox ətraf mühitə zərər vurduğunu bildiriblər.

Edinburq və Ekseter universitetlərinin tədqiqatçıları bazarda olan təxminən 1000 növ it yemini araşdırıblar. Nəticələrə görə, bu yemlərin istehsalı ölkənin ümumi emissiyalarının 0,9–1,3%-nə bərabərdir.

Mütəxəssislər iqlimə təsiri azaltmaq istəyən it sahiblərinə yem etiketlərini yoxlamağı, əsas ət tərkibi az olan quru yemlərə üstünlük verməyi tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az