Azərbaycanın Milli Qəhrəmanı "Fred Asif"in bacısı vəfat etdi

00:01 - 11 Yanvar 2026

Azərbaycanın Milli Qəhrəmanı \"Fred Asif\"in bacısı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" - red.) bacısı Tahirə Yusifqızı vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fred Asif"in qardaşı Ədalət Məhərrəmov məlumat verib.

Milli Qəhrəmanın bacısı Hövsan qəsəbəsində, "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində döyüşüb. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az