Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - FOTO

10:27 - 11 Yanvar 2026

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - FOTO

Keçmiş istiqlalçı deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib. 

Polis polkovniki A.Həsənov 1990-cı illərdə Şərur rayonunun polis rəisi vəzifəsini tutub. Həmin dövr ermənilərin Naxçıvana ardıcıl olaraq hücum etdiyi dövr olub. Sabiq polis rəisi Naxçıvanın ermənilərdən müdafiəsində aktiv iştirak edib. 

Allahverdi Həsənov həmçinin 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin ən fəal dəstəkçilərindən biri olub. O, Ali Sovetin deputatı kimi 1991-ci ildə Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri idi. 

Qeyd edək ki, Allahverdi Həsənov hazırda Abşeron Rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsini tutan Nurlan Həsənovun əmisidir. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az