Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO

11:15 - 11 Yanvar 2026

Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO

Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.

Süjetdə sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.

Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.

Reportajda həmçinin qeyd olunur ki, sakinlər problemin həlli üçün aidiyyəti qurumlardan aydın izahat və hüquqi qiymət gözləyirlər. Mövzu ictimai müzakirələrə səbəb olub və bələdiyyələrin maliyyə şəffaflığı məsələsini yenidən gündəmə gətirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az