İstanbulda partlayış - Yaralananlar var

19:51 - 11 Yanvar 2026

İstanbulda partlayış - Yaralananlar var

Türkiyədə İstanbulun Zeytinburnu rayonundakı yaşayış kompleksində baş vermis partlayış təşvişə səbəb olub.


Manset.az "Sabah"a istinadən xəbər verir ki, kompleksin girişindəki karqo qəbulu məntəqəsinə çatdırılan bağlama qısa müddət sonra naməlum səbəbdən partlayıb.

Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Partlayışın baş verdiyi ərazinin ətrafı təhlükəsizlik lenti ilə əhatəyə alınıb və polis ərazidə araşdırmaya başlayıb. Partlayışın dəqiq səbəbi texniki araşdırmadan sonra müəyyən ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az