Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) yanvarın 11-də saat 14:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində əməliyyat icra olunub, vəziyyəti stabildir", - məlumatda qeyd olunub.