İran Azərbaycandan 39 kq heroin keçirtmək istəyirdi - FOTOLAR

10:15 - 19 Yanvar 2026

İran Azərbaycandan 39 kq heroin keçirtmək istəyirdi - FOTOLAR

Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Manset.az xəbər verir ki, “Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az