Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

18:41 - 20 Yanvar 2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

Xəzər Universitetinə yeni prorektor təyin edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat universitetin mətbuat xidmətindən təsdiq olunub.

Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ülkər İsayeva bundan əvvəl universitetin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır. 

Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu24.com saytı yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az