DTX-nin əməkdaşları Şəhidlər xiyabanında - FOTO/VİDEO

20:33 - 20 Yanvar 2026

DTX-nin əməkdaşları Şəhidlər xiyabanında - FOTO/VİDEO

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.


Manset.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az