Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirakı qadağan edib.
Manset.az-ın məlumatına görə, bu barədə verilişin aparıcıları məlumat veriblər. Aparıcılar efirdən ona salam göndərib və bunları qeyd ediblər:
"Əgər ictimaiyyəti narahat edən bir mövzu müzakirə olunursa və bu məsələlərə görə məsuliyyət daşıyan dövlət qurumu ictimaiyyət qarşısına çıxaraq açıqlama vermək istəmirsə, üstəlik əməkdaşlarına bir verilişdə iştirakı qadağan edirsə, burada həqiqətən sular bulanır kimi bir şübhə yaranır. İstənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək, özləri hansı sudan içirlər, bu barədə bizə deyə bilərdilər".
Sözügedən görüntüləri təqdim edirik: