DİN əməliyyat keçirdi: 46 kq marixuana aşkarlandı - VİDEO

19:22 - 22 Yanvar 2026

DİN əməliyyat keçirdi: 46 kq marixuana aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadəni saxlayıb.


DİN-dən Manset.az-a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az