Direktorların işə qəbul imtahanının nəticələri açıqlandı

21:00 - 23 Yanvar 2026

Direktorların işə qəbul imtahanının nəticələri açıqlandı

Ötən ilin 17-18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az