Ölkənin ən gənc generalı bu şəxsin oğlu imiş

10:42 - 30 Yanvar 2026

Ölkənin ən gənc generalı bu şəxsin oğlu imiş

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının da yüksəkvəzifəli şəxs olduğu bildirilir.

Məlumata görə, F.Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.

Qeyd edilib ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az