İranın KIA klubunda çıxış edən futbolçu Peyman Keşavarzi Təbrizdə həbs edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmasıdır.
Qeyd edək ki, P.Keşavarzi İranın “Traktor”, həmçinin Azərbaycan Premyer Liqasından “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında çıxış edib.