Bakıda bu binalar təmir olunacaq - 4 milyon ayrıldı

15:15 - 30 Yanvar 2026

Bakıda bu binalar təmir olunacaq - 4 milyon ayrıldı

Bakı şəhərinin abadlıq və yenidənqurması, mənzil fonduna aid olan təmiri məqsədilə irimiqyaslı layihələşdirmə işlərinə start verilir.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən paytaxt ərazisində həyata keçiriləcək abadlıq və təmir işləri üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 4 442 475,80 manatlıq tender elan edilib.

Layihə çərçivəsində Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid binaların əsaslı təmir edilməsi üçün tələb olunan mühəndislik və layihə sənədləri hazırlanacaq.

Eyni zamanda tender səkilərdə, həyətyanı sahələrdə, park və bağlarda aparılacaq abadlıq və yenidənqurma işlərini əhatə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az