Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam oğlu Orucov uzunsürən xəstəlikdən sonra 68 yaşında Moskva şəhərində vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.
Qeyd edək ki, mərhum əslən Böyük Vedi Vedibasar bölgəsindən idi.
O, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb və polkovnik rütbəsində təqaüdə çıxıb.
Mərhum Rusiyada yaşayan soydaşlarımız arasında öz xeyirxah əməlləri ilə böyük nüfuza sahib olub.
Mərhum Göygöl rayonunda dəfn olunub.
Allah rəhmət eləsin!