Bakıda bu marşrutların gedişhaqqı qiyməti dəyişdirildi

12:47 - 31 Yanvar 2026

Bakıda bu marşrutların gedişhaqqı qiyməti dəyişdirildi

Bakıda 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az