Bu gün Milli.Az xəbər portalının fəaliyyətə başlamasından 16 il ötür.
Manset.az xəbər verir ki, portal yarandığı gündən etibarən geniş oxucu auditoriyası formalaşdırmağı bacarıb.
2010-cu il fevralın 1-də istifadəyə verilən Milli.Az qısa zaman ərzində Azərbaycanın ən çox oxunan internet resurslarından birinə çevrilib.
Fəaliyyətə başladıqdan az sonra populyarlıq qazanaraq ölkənin aparıcı media platformaları sırasında yer alıb.
Portal gün ərzində ölkədə və dünyada baş verən aktual hadisələri operativ şəkildə oxuculara təqdim edir.
16 illik fəaliyyəti boyunca Milli.Az davamlı inkişaf edərək daha geniş auditoriyanın etimadını qazanıb.
Manset.az kollektivi adından həmkarlarımızı təbrik edirik!