Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında toy mərasimləri demək olar ki, təşkil olunmur. Elə bu səbəbdən də hər il Ramazan ərəfəsində restoranlarda və şadlıq evlərində toy sifarişlərinə ciddi tələbat yaranır. Bəs bu il vəziyyət hansı səviyyədədir?
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, şadlıq saraylarından bildirildi ki, yanvar-fevral aylarında toy mərasimlərinin sayı azalır. Eyni vəziyyətin bu il də davam etdiyi qeyd olunur.
Şadlıq evlərinin inzibatçıları deyirlər ki, bu il Ramazan ayı ərəfəsində gözlənilən toy canlanması müşahidə olunmur və bunun bir neçə səbəbi var.
Restoran inzibatçıları onu da bildiriblər ki, toy sifarişlərinin ən intensiv dövrü Ramazan ayından sonrakı vaxta təsadüf edir. Artıq bir sıra toy sahibləri Ramazandan sonrakı tarixlər üçün restoranlarda yer yer rezervasiya ediblər.
Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir.
Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.