İnnovasiya lideri
Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində
həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya,
süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd
proqramına artıq 800-dən çox gənc müraciət edib.
Qeyd edək ki, təqaüd
proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt,
data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər
və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs
ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına
töhfə verəcək.
18-29 yaş arası və IT
sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd
proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi
bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16
fevraldır.
Bakcell olaraq, Gənclər
Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və
biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.
Bakcell haqqında
Bakcell Azərbaycanın
ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan
çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif
ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.