Azərbaycanda professor vəfat etdi - FOTO

00:04 - 03 Fevral 2026

Azərbaycanda professor vəfat etdi - FOTO

Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.


Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (Məsud Dövran) 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışıb. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az