"Tiktok"da qeyri-etik ifadələr işlədən ərinə görə vəzifəsindən çıxarıldı

15:36 - 04 Fevral 2026

\"Tiktok\"da qeyri-etik ifadələr işlədən ərinə görə vəzifəsindən çıxarıldı

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb.

Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "Tiktok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az