Əməkdar artist Babək Niftəliyev Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovla qohum olduğunu açıqlayıb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə xanəndə Rəngarəng-də danışıb.
O deyib ki, P. Həşimovla uzaqdan qohumluğu var:“Allah Polad Həşimova və bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Polad Həşimovla uzaqdan qohumluğumuz var. Polad Həşimovun bacısı Bəhmən müəllimin gəlinidir. Evlərində də qonaq olmuşam, uşaqları ilə də görüşmüşəm. Hətta bir klipimiz var idi, həyata keçə bilmədi”.