Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) tərəfindən
steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən
hücum cəhdi araşdırılıb.
Manset.az-ın məlumatına görə, təhlil nəticəsində müəyyən edilib ki, hücum
ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli
komponentlər legitim görünən fayllar daxilində gizlədilib. İstifadəçi tərəfindən
fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi
və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.
Hücuma dair texniki indikatorlar (IOC-lar)
misp.cert.az platformasına əlavə edilib.
Qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar
edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat
mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.