Dərin yuxunun sirri qaranlıq otaqda imiş

01:30 - 07 Fevral 2026

Dərin yuxunun sirri qaranlıq otaqda imiş

Bir çox insan yatarkən otağın qaranlıq olduğunu düşünsə də, əslində vəziyyət tam fərqlidir. Telefonun şarj işığı, kondisionerin LED indikatoru, pərdənin arasından süzülən küçə lampasının işığı gözlər bağlı olsa belə beyin tərəfindən qəbul edilir.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu cür zəif işıq mənbələri belə melatonin hormonunun ifrazını azaldır. Melatonin yalnız yuxu hormonu deyil, eyni zamanda güclü antioksidantdır. Hüceyrələrin bərpası, kollagen istehsalı və dərinin yenilənməsi məhz bu hormona bağlıdır.

Araşdırmalar göstərir ki, ən kiçik işıq belə bu bioloji dövrü poza bilər. Buna görə də "qaranlıq otaq" anlayışı mütəxəssislər tərəfindən tam qaranlıq - mağara kimi mühitlə izah olunur. Belə şəraitdə insan əlini belə görə bilməməlidir.

Ekspertlər daha keyfiyyətli yuxu üçün bir sıra sadə tövsiyələr verir:

Qaraldıcı pərdələrdən istifadə edin

Telefon şarj cihazını otaqdan çıxarın

Televizoru və elektron cihazları fişdən ayırın

Yuxu maskasından istifadə edin

Qeyd olunur ki, bu kiçik dəyişikliklər yuxu keyfiyyətində böyük fərq yarada bilər. Tövsiyə sadədir: qaranlıqda yatın, daha enerjili və sağlam oyanın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az